XİN-dən təxribat törədən Həsənovla bağlı Açıqlama

XİN-dən təxribat törədən Həsənovla bağlı Açıqlama
  07 Sentyabr 2015    Oxunub:3117
Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov adlı şəxs tərəfindən KİV-ə təxribat, böhtan və təhqir xarakterli məktub ünvanlanıb.
Bu barədə məlumat verən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, A.Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq, fəaliyyəti müddətində diplomatik xidmət haqqında qanunu, XİN haqqında əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək uzunmüddətli ezamiyyətdən geri çağırılıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının Rumıniyadak səfirliyində çalışdığı müddətdə də A.Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilib, o uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırılıb və barəsində intizam tədbirləri görülüb.

Anar Həsənovun xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir.

Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür.


Teqlər:  



Xəbər lenti