Ermənistan texnopark yarada bilmədi

Ermənistan texnopark yarada bilmədi
  13 İyun 2013    Oxunub:1391
Ermənistanın iqtisadiyyat naziri Vaqram Avanesyan bildirib ki, Ermənistan Nəzarət palatası Gümrüdə texnopark tikilməsi proqramını “qeyri-müəyyən” hesab edib.
Nazirin sözlərinə görə, Nəzarət palatasının (NP) çıxardığı qərarda texnoparkın tikilməsi üçün hazırlanmış proqrama 45 milyon dollar ayrıldığı qeyd edilib. Amma proqramda nəzərdə tutulan tədbirlərin heç biri reallaşdırılmayıb. İqtisadiyyat Nazirliyi isə texnopark tikilməsi proqramına özü nəzarət etmək niyyətində olduğunu açıqlayıb.

Proqramın yerinə yetirilməməsinin konkret səbəbləri məlum deyil. Proqrama ayrılan pulun keçmiş iqtisadiyyat naziri Nerses Yerisyanın ambisiyalarından biri kimi xərcləndiyi ehtimal olunur.

Proqramın reallaşmaması barədə ictimaiyyətin skeptik proqnozları özünü doğruldub. Bu barədə “qeyri-müəyyənlik” ritorik suallar doğurur: “ümumerməni bankının ideyasının axırı necə oldu?”, “nə üçün indiyədək Dilican maliyyə mərkəzinə çevrilmədi?”.

Əslində qeyri-müəyyənlik bütovlükdə icra hakimiyyətinə aiddir. Məsələn, o iki il əvvəl 100 milyon dram xərcləyib ölkəyə Xorvatiyadan iki dəbdəbəli biotualet idxal edib. Bütün pullar isə sözün əsl mənasında unitaza buraxılıb. Daha doğrusu, iki il əvvəl hökumət ictimaiyyətə sübut edib ki, gələcək yerli turizm az qala bu tualetlərdən asılıdır.

100 milyon dram büdcə itkisini qəza hesab etmək olmaz. Nəzarət palatasının əvvəlki hesabatlarını xatırlamaq kifayətdir. Vaxtında ictimai müqavimətlə qarşılanan hökumətin skeptik tualet ideyası bu gün məhv olub. Bu hadisədə isə heç kəs məsuliyyəti öz üzərinə götürməyib. Problem isə “qeyri-müəyyənlik” adı qazanıb.

Bu yaxınlarda böyük rezonans doğuran rekonstruksiya işlərinin aparılması söylənilənləri doğruldub. Məhz - parametrlərin və tikinti oriyentirlərinin naməlumluğu bu gün həmin ərazinin gələcəyini qeyri-müəyyənliyə çevirib.

AzVision.az


Teqlər:





Xəbər lenti