Bakıda 2 quldur dəstə tutuldu

Bakıda 2 quldur dəstə tutuldu
  07 Sentyabr 2015    Oxunub:2070
Bakıda quldurluq edən iki dəstə zərərsizləşdirlib.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən AzVision.az- a verilən xəbərə görə, paytaxtda maskalanaraq quldurluq edən dəstə tutulub. BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 1-də saat 12:20 radələrində H.Z.Tağıyev küçəsində yeni yaşayş sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olmaqla, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkəran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Bundan başqa üzvlərindən biri qadın olan “cibgir” dəstə də tutulub. BŞBPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 26-da saat 10:30 radələrində 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini gizli yolla oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar – 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyeva tutulub. Şübhəlilərdən O.Məhərrəmovdan 0,757 qram, A.Kərimovdan 1,021 qram tiryək aşkar olunaraq götürülüb.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti