`Əli Kərimli uğursuz siyasətçidir`

`Əli Kərimli uğursuz siyasətçidir`
  07 Sentyabr 2015    Oxunub:2096
“Əgər Əli Kərimli etimad qurultayında iştirak etməyə və sədrlikdən getməyə razılıq verərsə, bizim fəaliyyətimizə ehtiyac olmayacaq, cəbhə bir olacaq”.
AzVision.az xəbər verir ki, bunu Razi Nurullayev AXCP EQTK Suraxanı şöbəsinin bərpa konfransında bildirib:

“Əli Kərimli illərdir apardığı uğursuz siyasətinə görə istefa verməli, sədrlikdən getməlidir. Azərbaycan müxalifətində bunun presedenti var. Lalə Şövkət ALP sədrliyindən getdi, Etibar Məmmədov AMİP sədri postundan istefa verdi. İsa Qəmbər son qurultayda Müsavatın başqanı postundan getdi. Əli Kərimli də getməlidir.

Ümumiyyətlə, 90-cı illərdən bu yana uğursuz siyasət aparan bütün siyasətçilər siyasi meydandan çəkilməlidir, yeni qüvvələrə, gənclərə meydan verilməlidir. Biz demirik ki, Əli Kərimli, başqa liderlər pis insanlardı, xeyr! Onlar bəlkə də doğmaları, qohumları, ailə üzvləri üçün yaxşı insanlardır, yaxşı ailə başçılarıdır. Ancaq siyasətçi kimi uğursuz siyasətçilərdir. Uğursuz siyasətçinin isə siyasətdə qalması məqbul deyil". (cebhe.info)


Teqlər:  





Xəbər lenti