“Caspian Plaza”da ölüm hadisəsi

“Caspian Plaza”da ölüm hadisəsi
  07 Sentyabr 2015    Oxunub:3550
Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Caspian Plaza”da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.




Teqlər:



Xəbər lenti