Azərbaycanda 2,5 milyon nəfərin kredit borcu var
Məlumatda qeyd olunur ki, onların böyük bir hissəsi 2 milyon 438 min 268 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır.
Bundan əlavə, 11 083 hüquqi şəxslər, 22 min 951 nəfəri isə sahibkarlıq subyektidir. Zamin şəxslərin sayı isə son bir ayda 15 min 823 nəfər artaraq, 1 milyon 157 min 351 nəfərə çatıb.
Büllitendə o da qeyd olunub ki, 2015-ci ilin fevralın 1-nə borcalanların sayı 2 milyon 342 min 233 nəfər, martın 1-nə 2 milyon 366 min 967 nəfər, aprelin 1-nə 2 milyon 389 min 292 nəfər, mayın 1-nə isə 2 milyon 414 min 122 nəfər, iyunun 1-nə isə 2 milyon 434 min 759 nəfər olub.
Gültəkin Ələsgər
Teqlər: