ATV-dən Gürcüstan Patriarxlığına cavab
Bu sözlər ATV kanalının Gürcüstan Patriarxlığının iddiasına verdiyi cavab bəyanatındandır. Kanal bəyan edirik ki, məlum video çarxın çəkilməsində məqsəd kimlərinsə dini hissiyyatına toxunmaq yox, ümumilikdə Azərbaycanın tarixi yerlərini, təbiətini göstərməklə kanalın yeni mövsüm hazırlıqlarını təbliğ edən serial-çarxların hazırlanması olub.
`Gürcüstan Patriarxlığının narahatçılığı nəzərə alınaraq bu video çarxın yayımı dayandırılıb. Təbii ki, iş olan yerdə nöqsan da olur. Amma bu nöqsan heç də Gürcüstanda dini məbədlərmizin ən ağır formada təhqirə məruz qalmasından böyük nöqsan deyil. Bu məsələyə xüsusi "həssaslıq" göstərən bəzi həmkarlarımızdan və Gürcüstan Patriarxlığından eyni tolerantlığı gözləyirik`,- deyə bəyanatda bildirilir.