Qalmaqallı videonu `Azadlıq` radiosu montaj edib -Açıqlama
“Sosial şəbəkələrdə yayılan həmin video əslində, təhrif olunmuş və qərəzli şəkildə insanlara çatdırılıb. Hadisənin başvermə ardıcıllığı əslində, o cür deyil. Ərazinin mühafizəsini təşkil edən işçinin dəfələrlə xəbərdarlığına baxmayaraq, ərazidə dilənçiliklə məşğul olan həmin qadın bizim obyektin ərazisinə daxil olur. Mühafizəçiyə qarşı söyüş və təhqirlər edir. Bundan sonra müştərilərin istirahətinə mane olur. Müştərilərin narazılığından sonra mühafizəçilər onları ərazidən uzaqlaşdırmaq istəyəndə kiçik insident yaşanır. Mühafizəçi yüngül uşağa toxunur və uşaq yerə yıxılır. Biz rəhbərlik olaraq bunun düzgün hərəkət olmadığını dərk etdik və mühafizəçi Kamran Xudiyevi işdən kənarlaşdırdıq. Biz ümumiyyətlə belə məsələlərdə həssasıq. Ancaq bizim işimiz də mühafizədir. Vətəndaşların rahat və təhlükəsiz istirahətini təşkil etməkdir. Bu video qərəzli şəkildə əvvəlcədən düşünülmüş ssenaridir”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


