Güləşçimiz Rio Olimpiadasına vəsiqə qazanıb

Güləşçimiz Rio Olimpiadasına vəsiqə qazanıb
  08 Sentyabr 2015    Oxunub:1969
Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçirilir.
AzVision.az Yunan-Roma güləşi yarışlarında ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.

İlk yarış günündə yığma komandamızın üzvü Elvin Mürsəliyev 75 kq çəki dərəcəsində Olimpiya Oyunlarına lisenziya qazanıb.

İkinci yarış günündə 59, 71, 80 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə, saat 22:00-da, final görüşləri növbəti gün səhər saat 06:30-da başlayacaq.

59 kq
1/16 final - Rövşən Bayramov - Singh Ravinder (İND)

71 kq
1/16 final - Rəsul Çunayev - Frank Hassli (MON)

80 kq
1/16 final - Rafiq Hüseynov - Yevgeni Saleyev (RUS)

130 kq
1/8 final - Sabah Şəriəti - Lam (HUN) / Aliyarifeiza (İRİ)

Məlumat üçün bildirək ki, Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti