Metroda təhlükəsizlik sədləri niyə tikilmir?

Metroda təhlükəsizlik sədləri niyə tikilmir?
  08 Sentyabr 2015    Oxunub:2768
Sentyabrın 5-də metronun “28 May” stansiyasında gənc oğlan özünü qatarın altına ataran intihar edib. Bu hadisədən sonra metroda sərnişinlərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib.
Belə ki, bir sıra ölkələrdə sərnişinlərin təhlükəsizliyi baxımından platformanın kənarlarında xüsusi sədlər çəkilir. Boşluqlar yalnız qatarların qapısının açılan hissəsində olur.

Bəs, görəsən Bakı metrosunda belə sədlərin quraşdırılması gözlənilirmi?

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, platformada təhlükəsizlik sədlərinin tikilməsi stansiyanın layihəsi zamanı nəzərə alınmalıdır.

Qurum rəsmisinin sözlərinə görə, bu məsələ sadə proses deyil: “Bilirsiniz ki, metronun əksər stansiyaları çoxdan tikilib və belə bir iş nəzərə alınmayıb. Bu baxımdan bütün stansiyalarda sədlərin quraşdırılması asan məsələ deyil”.

N.Paşayev əlavə edib ki, gələcəkdə belə bir plan nəzərə alına bilər: “Amma indidən bu barədə dəqiq məlumat vermək düzgün olmaz”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti