Əli Kərimlinin müavini istefa verir - AXCP-də sürpriz istefalar
Razi Nurullayev cəbhəsində təmsil olunan mənbənin saytımıza bildirdiyinə görə, yaxın vaxtlarda Əli Kərimlinin AXCP-sində sürpriz istefalar olacaq.
Mənbənin dediyinə görə, istefalar təkcə sıravi üzvləri əhatə etməyəcək. Razi Nurullayevin tərəfinə keçənlər arasında Əli Kərimlinin ən yaxın silahdaşları, hətta heç kəsin inanmayacağı müavinlərindən birinin də olacağı gözlənilir.
“Hazırda biz həmin şəxslərin adlarını açıqlamaq istəmirik. Danışıqlar gedir. Ancaq onu deyə bilərəm ki, heç kimin gözləmədəyi tanınmış partiya funksionerləri Razi Nurullayevin tərəfinə keçəcək. Əsl sürpriz adlar açıqlanandan sonra olacaq”-deyə mənbə bildirib.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


