Sabir Rüstəmxanlı Türkiyə telekanalına etiraz etdi

 Sabir Rüstəmxanlı Türkiyə telekanalına etiraz etdi
  13 İyun 2013    Oxunub:1894
Milli Məclisin bugünkü iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanın tarixi şəxsiyyətlərinin təhqir olunmasından danışıb.
AzVision.az-ın məlumatına görə, millət vəkili ARDNŞ-ın maliyyə dəstəyi ilə Türkiyənin “Kanal 24” televiziyasında yayımlanan verilişdə Şah İsmayıl Xətainin aşağılanmasına etiraz edib.

“Tariximizə qarşı son zamanlar düşmənçilik meylləri artır. Xüsusən də, son günlər Türkiyə mətbuatında Azərbaycanın görkəmli tarixi şəxsiyyəti Şah İsmayıl Xətayi aşağılanır. Xüsusən də Türkiyənin “Kanal 24” televiziya kanalında Şah İsmayıl Xətai haqda təhqiramiz veriliş yayımlanıb.
Deyilənlərə görə də bu verilişi SOCAR alıb. Mən başa düşmürəm ki, belə şəxsiyyətlər haqqında belə səhvlərə niyə yol verirlər”, - deyə deputat etirazını bildirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti