Nazir 300 tələbəyə ayda 100 manat pul verəcək

Nazir 300 tələbəyə ayda 100 manat pul verəcək
  08 Sentyabr 2015    Oxunub:3151
Yeni tədris ilində Təhsil Nazirliyi müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma layihəsini keçirəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq, bu il də ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək.

Bununla da müvafiq layihə çərçivəsində “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatacaq.

Qeyd edək ki, bu layihə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər çərçivəsində həyata keçirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti