Prezident XİN rəhbəri ilə görüşdü

Prezident XİN rəhbəri ilə görüşdü
  08 Sentyabr 2015    Oxunub:2006
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 8-də San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentinini qəbul edib.
Dövlət başçısı San-Marino Respublikasının kapitan-regentlərinin birinci Avropa Oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikir mübadiləsinin ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, əlaqələrin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

P. Valentini isə səfər proqramının geniş olduğunu deyib. O bildirib ki, son 2 ay ərzində San-Marinodan iki nümayəndə heyətinin Azərbaycana səfər etməsi ölkəsinin Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti