Naxçıvanlılar kredit borclarını qaytarmırlar - Ekspert

Naxçıvanlılar kredit borclarını qaytarmırlar - Ekspert
  08 Sentyabr 2015    Oxunub:3945
“Vaxtı keçmiş kreditlər 1,3 milyard manata çatdı, bu sahədə ən pis vəziyyət Naxçıvandadır”
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu bildirib.

“Mərkəzi Bankın bu ilin avqust ayının 1-nə açıqladığı məlumata görə, Azərbaycanda vaxtı keçmiş kreditləri 1 milyard 294 milyon 820 min manat olub. Regionlar üzrə kredit qoyuluşunun təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, həmin dövrə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan iqtisadi regionu üzrə bu göstərici 9,2 faiz olub. Respubllika üzrə orta səviyyə ilə müqayisədə Naxçıvan iqtisadi rayonundan sonra daha pis göstərici Şəki-Zaqatala iqtisadi regionu üzrə - 8,9 faiz, Lənkəran iqtisadi rayonu üzrə - 8,6 faiz, Abşeron iqtisadi rayonu üzrə - 7,8 faiz qeydə alınıb. Göründüyü kimi, bu iqtisadi rayonlar kreditlərin vaxtında qaytarılması sahəsində intizamı ən çox pozan bölglərdir”-deyə ekspert qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti