"Avtovağzal" stansiyasında iş başa çatıb, amma...

"Avtovağzal" stansiyasında iş başa çatıb, amma...
  08 Sentyabr 2015    Oxunub:11725
Metronun “Avtovağzal” stansiyası 2016-cı ilin ilk yarısında sərnişinlərin istifadəsinə veriləcək.
Bunu AzVision.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, adıçəkilən stansiyada tikinti işləri artıq başa çatıb: “Hazırda orada abadlıq və avadanlıqların quraşdırılması prosesi gedir. Belə ki, elektrik təchizatı, rabitə sistemi, yanğından avtomatik mühafizə sistemləri quraşdırılır. Eyni zamanda Biləcəridən “Avtovağzal” stansiyasının qarşısına, Bakı-Sumqayıt yolunun üstündən sərnişinlərin rahat keçməsi üçün 1 ədəd üst piyada keçidi tikilir”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti