Nazir iki idarə rəisini işdən çıxardı

Nazir iki idarə rəisini işdən çıxardı
  08 Sentyabr 2015    Oxunub:4012
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə S. Rüstəmova Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.

Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti