“Onlar vaxtilə Ali Baş Komandana dəstək vermədilər”

 “Onlar vaxtilə Ali Baş Komandana dəstək vermədilər”
  13 İyun 2013    Oxunub:1329
Milli Məclisin növbədənkənar yaz sessiyasının ilk iclasında millət vəkili Qüdrət Həsənquliyev Müdafiə Nazirliyinin rəhbərliyini milli kadrlarla gücləndirməyi zəruri saydığnı bildirib.
AzVision.az-ın məlumatına görə, o çıxışı zamanı deyib ki, hazırda siyasi partiyalar arasında dialoqa ehtiyac var: “Bu gün Müdafiə Nazirliyinin rəhbərliyində çalışan insanlar vaxtilə Ali Baş Komandana dəstək vermədilər və ölkədə çevriliş oldu. Həmin şəxslər bu gün də Müdafiə Nazirliyində rəhbər vəzifələrdə çalışırlar. Əgər bu gün belə şərait yaransa, görəsən onlar Ali Baş Komandanı müdafiə edəcəklərmi?!”.
Spiker Oqtay Əsədov millət vəkilinin fikirlərinə cavab olaraq deyib ki, Azərbaycanda sabitlik var, amma bəzi xarici qüvvələr bu sabitliyi pozmağa çalışırlar: “Əminəm ki, onların bu səyləri boşa çıxacaq”.
Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyət dəyişikliyi baş verib: “Bu baxımdan həmin dövrü dövlət çevrilişi adlandırmaq ya tarixi bilməmək, ya da tarixi gənc nəslə fərqli təqdim etməkdir”.

Sevin iltifatqızı


Teqlər:  





Xəbər lenti