MSK növbəti iclasını keçirib

MSK növbəti iclasını keçirib
  08 Sentyabr 2015    Oxunub:1808
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.azməlumatına görə, iclasda ilk öncə MSK-nın 2 və 4 sentyabr iclasının protokolu təsdiq edilib.

Həmçinin iclasda bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə olunub.

“Azadlıq-2015” seçki blokundan 57, Azərbaycan Demokrat Partiyasından 5 (ADP), Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 7 nəfər, Azərbaycan Sosial Rifah Partiyasından 4, Müsavat Partiyasından 18, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 10, Azərbaycan Demokrat Partiyasından (ADP) 18 səlahiyyətli nümayəndə qeyd alınıb.

Sonda cari məsələlərə baxılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti