Çexlər Azərbaycanda metro tikmək istəyir

Çexlər Azərbaycanda metro tikmək istəyir
  08 Sentyabr 2015    Oxunub:3285
Çexiya Azərbaycanla strateji əməkdaşlıq əlaqələri qurmaq istəyir. Hazırda Çexiya şirkətləri Azərbaycana qurğular, şüşə, avtomobillər və kimyəvi təmizləyici vasitələr ixrac edir.
AzVision.az Çexiya Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Çexiya sahibkarları Bakıda metro tikintisinə yardım edə bilər. Belə ki, Bakıda 2040-cı ilə qədər 70 yeni metro stansiyasının tikintisi, həmçinin yeni şose və magistralların tikintisi nəzərdə tutulur.

Bundan əlavə çex diplomatlar Azərbaycana kimyəvi mallar və tikinti avadanlıqlarının ixrac edilməsində böyük potensial görürlər: “Son illər Azərbaycanda görünməyən tikinti bumu qeyda alınıb ki, bu proses hələ bir neçə il də davam edəcək”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti