Müdafiə naziri səhra şəraitində müşavirə keçirib- FOTOLAR

Müdafiə naziri səhra şəraitində müşavirə keçirib- FOTOLAR
  08 Sentyabr 2015    Oxunub:5028
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Komanda Qərargah Hərbi Oyunlarının səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.

Müşavirədə hərbi oyunlara cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.

Müşavirədə çıxış edən nazir təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti