Benzinin ucuzlaşması yenidən gündəmdə - Aktual
Deputatın fikrincə, qiymətlərin ucuzlaşması üçün baxmaq lazımdır ki, benzin neçəyə başa gəlir, hansı emaldan keçir, necə istehsal olunur. Elə benzin var ki, bizdə istehsal olunmur və xaricdən idxal olunur.
“Bu məsələyə Tarif Şurasında baxılmalıdır və orada qərar verilməlidir”.
Milli Məclisin üzvü hesab edir ki, dünya bazarında neftin qiyməti kəskin aşağı düşübsə, ölkəmizdə benzinin qiymətində də müəyyən dəyişikliklər olmalıdır.
Tarif Şurasından isə bildirilib ki, ölkə ərazisində istehlak olunan benzinin əksər hissəsi (təxminən 95%-i) Aİ-92 markalı benzindir və bu markalı benzin tamamilə daxildə istehsal edilir.
Qeyd edilib ki, Tarif Şurası tərəfindən 2013-cü il 3 dekabr tarixindən Aİ-92 markalı benzinin pərakəndə satışı üçün qiymət hər litr üçün 70 qəpik müəyyənləşdirilib.
Dünya bazarında xam neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətinin aşağı salınmamasına gəlincə, Aİ-92 markalı benzinin qiymətinin formalaşmasına (maya dəyərinə) təsir edən xərclər (xam neftin hasilatına və emalına çəkilən xərclər, qiymətə daxil olan vergilər və s.) qiymətin müəyyənləşdirildiyi tarixdən dəyişməyib: “Eyni zamanda, Aİ-92 markalı benzin daxili istehsal olduğundan dünya bazarında baş verən proseslərin onun qiymətinə təsiri yoxdur. Odur ki, hazırda Tarif (qitmət) Şurasında benzinin qiymətinin dəyişişdirilməsi məsələsi müzakirə olunmur”.
Tarif Şurasından bildirilib ki, hazırda ümumi istehlakda payı çox az olan (təxminən 4-5%) “Premium Avro-95” benzini isə Azərbaycana idxal olunur və bu markalı benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmir.
Anar Kəlbiyev
Teqlər: