Müdafiə Nazirliyi icra hakimiyyətini məhkəməyə verdi

Müdafiə Nazirliyi icra hakimiyyətini məhkəməyə verdi
  09 Sentyabr 2015    Oxunub:2407
Azərbaycan Müdafiə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan nazirlik apellyasiya şikayəti verib.

Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır. (Apa)


Teqlər:  



Xəbər lenti