Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi

Müdafiə Nazirliyində yeni kadr dəyişikliyi
  09 Sentyabr 2015    Oxunub:3032
Azərbaycan Müdafiə Nazirliyində (MN) yeni kadr təyinatı olub.
AzVision.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, polkovnik İlqar Məmmədov MN-in İşlər İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

İ.Məmmədov bu vəzifəyə qədər nazirliyin İşlər İdarəsində rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, İşlər İdarəsinin əvvəlki rəisi, polkovnik Azad Əsədov xəstəliyi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən azad edilib. O, sentyabrın 8-də dünyasını dəyişib.

AzVision.az


Teqlər:  



Xəbər lenti