Zakir Fərəcov şöbə müdirini işdən qovdu

Zakir Fərəcov şöbə müdirini işdən qovdu
  09 Sentyabr 2015    Oxunub:6034
Bu dəqiqələrdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov müşavirə keçirir.

Müşavirə zamanı Sumqayıt şəhər təhsilində vəziyyətin ürəkaçan olmadığı bildirilib. Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. İcra başçısı qeyd edib ki, təhsil sahəsində çalışanlar yalnız təhsillə məşğul olmalıdırlar:

"Tədbirlər zamanı dərsdən qalma, qəbul zamanı pul alma məsələləri tamamilə yığışdırılacaq."

Onun yerinə isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru, "Əməkdar müəllim" Əhmədov Nizami Hüseyn oğlunun təyin olunacağı gözlənilir.

(Femida.az)


Teqlər:  





Xəbər lenti