Biləsuvarda ev partladı

Biləsuvarda ev partladı
  09 Sentyabr 2015    Oxunub:1670
Biləsuvar rayonunda yaşayış evində partlayış olub.
Daxili İşlər Nazirliyindən AzVision.az verilən məlumata görə, hadisə sentyabrın 8-də saat 21 radələrində Biləsuvar rayonunun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini Ağaverdi Əhmədovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti almış A.Əhmədov xəstəxanaya yerləşdirilib.

AzVision.az




Teqlər:  



Xəbər lenti