`Heç buqələmundan qəhrəman olar?` - Partiya sədrindən ağır sözlər
Bu sözlər Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevə aiddir. O, bildirib ki, parlament seçkilərində iştirakla bağlı sənəd vermə prosesinin bitməsinə cəmi 15 gün qalıb, amma “Milli Şura” hələ ortalığa birmənalı mövqe qoymayıb:
- “Kişi”lər durmadan nəsə düşünür, götür – qoy edir. Ümid edək, gələn ilin əvvəlinə qədər bir qərara gələrlər. Amma başqa rakursdan da baxanda Əli Kərimlini qınamaq olmur. Yazıq neçə yerə bölünsün? Görün adamın əlində nə qədər “vacib” işlər var: saxta “facebook” profilləri yaratmaq, “Azadlıq” qəzetindəki müəllif yazılarını arvad adı ilə yazmaq, 24 saat boyunca Rauf Arifoğlu və Yeni Müsavat “problemi” ilə uğraşmaq, hansısa səfirliyin tinində, kandarında pusqu qurmaq, təlimat, tapşırıq gözləmək və s ilaxır. Öz də Kərimliyə aid radikal düşərgədə bütün bu icraatların təməli elə qoyulub ki, növbəti mərhələlərdə də hər şey AXCP “lider”inin iradəsindən birbaşa asılı vəziyyətdə qalsın. Hətta buna məhkumiyyət də deyə bilərik. Niyə? Çünki məsələn Fuad Qəhrəmanlıya buyursalar, get filan səfirlikdən pulumuzu, qrantımızı, “pay”ımızı gətir, adam elə yolüstü həmin sədəqənin üzərindən nəsə çırpışdırar. Ya da olsun haqqında danışdığım “müəllif yazıları”. Bunu Əli Kərimlidən savayı kim bacarar, kim düzüb - qoşa bilər? Kim bu qədər əclaflığı, nankorluğu, iftiranı bir yazıya sığdıra bilər? Kim tonlarla çörək kəsdiyi, onu illərcə təmənnasız təbliğ edən insan(lar)ı bu şəkildə “vura” bilər? Kim 50 yaşından 60 yaşına qədər ən az 4 dəfə siyasi rəng dəyişən buqələmun Cəmildən qəhrəman düzəltmək eşqinə düşə bilər? Təbii, heç kim. Bu tip məsələlərin hamısı Kərimlinin şəxsi kurasiyasındadır. Bax ona görə seçki yadlarına düşmür, ona görə radikal düşərgədə analoqu olmayan durğunluq hökm sürür, ona görə deyirəm ki, Əli bəyi eyni adlı vəziyyətdə qınamağın qətiyyən yeri yoxdur. Bu boyda naxələflik yükünü 50 sm - lik boyunda gəzdirmək sizlərə asan gəlməsin, cənablar!
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


