YAP-dan rektor deputatlarla bağlı Açıqlama

YAP-dan rektor deputatlarla bağlı Açıqlama
  09 Sentyabr 2015    Oxunub:6910
`Dövlət universitetlərinin rektorlarından kiminsə adı Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısında olacaqsa, həmin şəxslərin rektorluqdan gedəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir`.

Bu barədə AzVision.az-a açıqlamasında YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

YAP rəsmisi qeyd edib ki, bu barədə mətbuatda heç bir mənbəyə əsaslanmayan məlumat yayılıb: `Deputat olacaq şəxslərin rektorluqdan azad ediləcəyi ilə bağlı informasiya həqiqəti əks etdirmir. Əgər belə bir xəbər olsa, partiyanın seçkilərdə iştirak edəcək namizədlərinin siyahısı açıqlananda bilinəcək`.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  



Xəbər lenti