ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldıb

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldıb
  13 İyun 2013    Oxunub:1296
ABŞ Suriya üsyançılarına yardımla bağlı iqtisadi sanksiyaları yumşaldıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, yeni qaydalara görə, Amerika şirkətləri Suriya üsyançılarının yerləşdikləri rayonlara kənd təsərrüfatı məhsulları, proqram təminatı və enerji avadanlıqları ixrac edə biləcək. Bununla yanaşı, ABŞ şirkətləri Suriya müxalifətindən neft ala biləcəklər. Suriya ilə ticarət etmək niyyətində olan şirkətlər bunun üçün ABŞ-ın Ticarət Nazirliyindən xüsusi icazə almalıdır. Amerika hökumətinin nümayəndələri vurğulayıb ki, ticarət icazəsində üsyançılara silahların satılması nəzərdə tutulmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti