1 saylı “ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək

1 saylı “ASAN xidmət” mərkəzi 2 gün işləməyəcək
  10 Sentyabr 2015    Oxunub:4520
Sentyabrın 12-13-də Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı Bakı “ASAN xidmət” mərkəzi görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək.

Bu barədə “ASAN xidmət”dən bildirilib.

Xidmət bildirib ki, vətəndaşlar qeyd olunan tarixlərdə onlara daha yaxın Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.


Teqlər:



Xəbər lenti