"Xoca"nı xaricə az çıxarsaq yaxşıdı"

"Xoca"nı xaricə az çıxarsaq yaxşıdı"
  20 Fevral 2013    Oxunub:1797
“Azərbaycan xalqı Xocalıda nə baş verməsindən xəbərsiziydi. Bu filmə baxandan sonra insanlar başa düşdülər ki, Xocalıda nə baş verib”.
Vahid Mustafayevin “Xoca” filmi “Azadlıq Radiosu”nun “Pen Klub” verilişində qızğın müzakirələrə səbəb olub.
Filmin 20 il gecikdiyini deyən rejissor Vahid Mustafayev “Hadisədə iştirak edən insanlar hələ sağdır. Onları aldatmaq mümkün deyil, onlar baxırlar və deyirlər ki, bu belə olmayıb, yalandır. Ancaq Allaha şükür, filmimiz bir neçə səbəbdən öz yerini tuta bildi” söyləyib.
“Xoca”nı Azərbaycanda ilk siyasi filmi adlandıran Azərbaycan Dövlət Film Fondunun direktoru, rejissor Cəmil Quliyev, filmin Azərbaycan kino tarixində mühüm yer tutacağını, “Xoca”nı Xocalı haqda professional film hesab etdiyini deyib.
“Ölməzdən öncə izləməli olduğunuz 111 film” kitabının müəllifi Şahin Xəlil isə filmdəki bəzi nüansların tarixlə ayaqlaşmadığını bildirib : “Filmdə hadisələr 1992-ci ildə cərəyan edir. Amma leytenantların qolunda VMF saatı var. Hərbçilərin əynində NATO sisteminə aid geyimlər, bundan başqa Viola pendiri, şadlıq evində plazma televizor... Axı, bunlar həmin vaxt olmayıb”.
Rejissor Eldəniz Quliyev isə “Xoca”nın Azərbaycandan kənarda uğur qazanmayacağını vurğulayıb :” Əlbəttə filmi 100 ölkədə göstərmək olar, ancaq... Müharibə haqqında, ağrımız-acımız haqda çəkilən film yüksək peşəkarlıqla çəkilməlidir. Məhz belə olmadığı üçün çoxlu suallar var. Vahid Naxış da bilməlidir ki, belə filmləri sərhəddən kənara nə qədər az çıxarsaq, daha yaxşıdır”.




Teqlər:





Xəbər lenti