Ən çox haker hücumu edilən ölkələr

Ən çox haker hücumu edilən ölkələr
  13 İyun 2013    Oxunub:1436
Kasperski şirkətinin tərtib etdiyi ən çox haker hücumuna məruz qalan ölkələrin siyahısında Azərbaycan da yer alıb.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Asiya və Avropada yerləşən inkişaf etmiş ölkələr də haker hücumlarına məruz qalır. Komüterlərə haker hücumlarından danışdıqda ağıla ilk gələn ölkələr ABŞ və Çindir. Lakin Kasperski şirkətinin hesabatında kiberhücuma məruz qalan digər ölkələrin adları da göstərilib. Bu ölkələr əsasən Şərqi Avropa və Asiyada yerləşir.

Həmin ölkələrin siyahısında Rusiya birinci yerdə dayanır. Kasperskinin hesabatına görə, 2012-ci ildə rus internet istifadəçilərinin 59 faizinə hücum edilib. Rusiya həmçinin 2011-ci ildə də siyahıda birinci yerdə dayanıb.

Kiberhücumlara məruz qalan digər ölkələr bunlardır: Tacikistan (59 %), Azərbaycan (57 %), Ermənistan (56 %), Qazaxıstan (56 %) və Belarus (52 %). Banqladeş, Hindistan, Sudan və Şri-Lanka da haker hücumlarına məruz qalan ölkələrin arasındadır.

AzVision.az


Teqlər:





Xəbər lenti