Prosineçki ilə nə qədər qazanır? - Açıqlama
Şuker Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında göstərilən yığmamızın çalışdırıcısı Robert
Prosineçkinin Azərbaycandakı işindən ayrılacağına inanmadığını bildirib:
"Prosineçki Azərbaycanda ilinə 1,2 milyon avro qazanır. Bu məbləği biz ona verə bilmərik. Halbuki onun Xorvatiya yığmasında işləməsi üçün hər cür şərait var. Prosineçki böyük futbolçu olub və artıq məşqçi kimi də özünü göstərir. Lakin onun Azərbaycan millisindən ayrılaraq Zaqrebə gələcəyinə inanmıram. Bir sıra problemlər var. Əsas problem də maliyyə məsələsidir".
Qeyd edək ki, Xorvatiya Futbol Federasiyası dünən "Avro-2016"nın seçmə mərhələsinin son iki turunda uğursuz çıxış edən yığmanın baş məşqçisi Niko Kovaçla yolları ayırıb. Prosineçkinin adı Xorvatiya millisinin baş məşqçi vəzifəsinə namizədlər sırasında hallansa da, o, Azərbaycan yığmasından ayrılmağı düşünmədiyini açıqlayıb.