Toyda kütləvi dava - 3 nəfər bıçaqlandı (Yenilənib)

Toyda kütləvi dava - 3 nəfər bıçaqlandı (Yenilənib)
  11 Sentyabr 2015    Oxunub:4279
Lənkəranda toyda kütləvi dava olub.
Hadisə sentyabrın 10-da axşam saatlarında şəhərdəki şadlıq evlərinin birində qeydə alınıb. Toy şənliyi zamanı gənclər arasında yaranmış mübahisə davaya çevrilib. Nəticədə davanın iştirakçılarından 3 nəfər – şəhər sakinləri Əlisəfa Tağıyev, Zaur Tağıyev və Elçin Mustafayev müxtəlif dərəcəli bıçaqlanma xəsarətləri ilə Lənkəran mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Hazırda onların hər üçü əməliyyat blokuna götürülüb, həkimlər tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı rayonun hüquq mühafizə orqanları araşdırmalara başlayıb. (Apa)

***

Lənkəran rayonunun Liman şəhərindəki şadlıq saraylarından birində baş tutan toy bu günkü dava dalaşla yaddaqalan olub.

Toy məclisinin şirin yerində yaranan mübahisə az sonra qanlı insidentə çevrilib. Qızışan mübahisə nəticəsində üç nəfər bıçaq xəsarəti alıb. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan 1952-ci il təvəllüdlü Əlisəfa Murtuza oğlu Tağıyev ,1974-cü il təvəllüdlü Zaur Xoşbəxt oğlu Tağıyev qarın boşluğundan əməliyyat ediliblər. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.1974-cü il təvəllüdlü Elçin Əlisəfa oğlu Mustafayev üzərində isə travmatoloji əməliyyat aparılıb və vəziyyəti orta ağırdır.

Lənkəran şəhər polis şöbəsinin müstəntiqi Pərviz Əsədzadənin Anspress-in bölgə müxbirinə verdiyi məlumata görə, mübahisə edən tərəflər arasında münaqişə illər əvvəl yaranıb, toyda isə köhnə haqq hesab yenidən gündəmə gəlib və bu zaman bıçaq işə düşüb.

Artıq hadisəni törədən şəxsin kimliyi məlumdur və onun saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.


Teqlər:  



Xəbər lenti