Mikayıl Cabbarov təhsili necə xilas edə bilər? - Aktual

Mikayıl Cabbarov təhsili necə xilas edə bilər? - Aktual
  11 Sentyabr 2015    Oxunub:3644
Azərbaycanda gələcək illərdə ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün tələb olunan keçid balının yüksəldiləcəyi gözlənilir.

Bu barədə mətbuata Təhsil Nazirliyinin (TN) İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehli açqılama vermişdi.

Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul müsabiqəsində iştirak və ixtisas seçiminə buraxılmaq üçün tələb olunan bal həddi bütün ixtisas qrupları üzrə (yalnız kənd təsərrüfatı ixtisasları üzrə bal həddi 150 olub) Təhsil Nazirliyinin təklifi ilə 200-dən aşağı endirilmədi.

TN növbəti illərdə bu bal həddinin daha da artırılması təklifi ilə çıxış etməyi nəzərdə tutur.

C.Valehli bildirib ki, bu il bal həddinin 200-dən aşağı endirilməməsi məsələsinə texniki yenilik kimi yanaşılmalı deyil. Bal həddinin artırılması ali təhsildə keyfiyyətin yüksəldilməsinə, əmək bazarına daha hazırlıqlı mütəxəssislərin çıxmasına imkan yaradacaq.

Ali məktəbə qəbul imtahalarının çətinləşdirlməsi təhsildə nə kimi yeniliklərə səbəb olacaq?

Təhsil üzrə ekspert Nadir İsrafilov AzVision.az-a bildirib ki, keçid ballarının yüksəldilməsi təhsilə çox müsbət təsir edəcək.

İmtahanların çətinləşdirilməsi bir çox rəqabətə davam gətirməyən universitetlərin bağlanmasına gətirib çıxaracaq: “Bu yaxınlarda daha bir ali məktəb bağlandı. Bu günə kimi qəbulda plan yerlərinin doldurulması əsas prinsip kimi götürüldü. Buna görə də elə universityetlər var ki, onların 150 tələbəsi var. Hətta ailə universitetləri atası rektor, qardarşı dekan olanlar gəlib həmin universitetlərə qəbul olurdu. Bu kimi ali məktəblərin böyük əksəriyyəti yavaş –yavaş sıradan çıxır, fəaliyyətlərini dayandırır”.



Ekspert vurğulayıb ki, TQDK yaradılanda keçid balının 280 olmasını qərar verilmişdi. Onun sözlərinə görə, bu bal biliklərin mənimsənilməsinin 40%-i deməkdir: “Bu 40% klassik 5 ballıq qiymətləndirmədə 3 hesab olunur. Yəni 3 alanların hamısı müsabiqəyə buraxılır. Sonradan illər göstərdi ki, bu balı toplayanların sayı azdır və universitetlərdə plan yerləri dolmur.

“1992-ci ildən indiyədək ballar yavaş-yavaş aşağı endirildi. Bundan sonra məlum oldu ki, 150 bal klassik 5-lə qiymətləndirmə ilə heç “1” eləmir. Uzun illər “1”, “2” alanlar ali məktəblərə qəbul olundu. Bu da təhsilin keyfiyyətinə təsir göstərir. 150 ballıq tələbələr əmək bazarında özlərinə yer tuta bilmədilər. Odur ki, ötən il Təhsil Nazirliyi ali məktəblərə qəbul imtahan zamanı keçid balının 200 olamsı ilə bağlı məsələ qaldırdı. TQDK və digər qurumlar bunu dəstəklədi. Prezident Administrasiyasının təhsil komissiyası da bunu qəbul etdi. İndi nazirliyin əməkdaşı Cəsarət Valehov da bunu nəzərdə tutaraq bildirib ki, gələcəkdə keçid balı 200-dən aşağı salınmasın. Ümumilikdə keçid ballarının qaldırılması vacib və doğru addım olar”.

Hətta 200 balın da aşağı olduğunu və keçid balının 300-ə kimi yüksəldilməsi ilə bağlı söz-söhbətin gəzdiyini deyən N. İsrafilovun sözlərinə görə, artıq bu istiqamətdə işlər gedir:

“Keçid ballarının artırıb-azaldılması ilə bağlı heç nəyə nail ola bilmirik. Əgər biz keçid balını artıracağıqsa, savadlı şagirdlərin ali məktəbə qəbuluna şərait yaradacağıq. Amma keçid balının artırılması plan yerlərinin dolmamasına gətirib çıxaracaq. Bu il 6500 plan yeri boş qaldı. 1000-ə yaxın tələbə ali məktəbdən imtina etdi. Odur ki, biz ya plan yerlərini doldurmaq, ya da keyfiyyətli tələbə mövqeyini seçməliyik. Söhbət ondan gedir ki, əgər plan yerləri dolmursa, onlarla universitet bağlanmalıdır. Belə olan halda minlərlə müəllimin aqibəti sual altında qalır. Keyfiyyətli tələbə görmək istəyiriksə, keçid ballarını qaldırmalıyıq. Yəni məsələnin üçüncü çıxış yolu da olmalıdır. Dövlət səviyyəsində işə qarışılmalıdır. Məsələ həlli tapana kimi dövlət dotasiyalar ayırmalıdır”.

Ekspert hesab edir ki, keçid ballarının yuxarı qaldırılması müsbət nəticələr verəcək: “Ali məktəbdən fərqli olaraq, orta məktəbdə dərslərin səviyyəsi aşağı olur. Bilik səviyyəsi az olan insanlar o mühazirələri başa düşmürlər. Deməli, orta məktəbi qurtarmış savadsız məzun ali məktəbi də savadsız olaraq bitirir. Amma indi bal həddinin 200-ə qaldırılmasının özü ali məktəbdə oxuyan insanların kifayət qədər bilik toplamasını zəruri edir”.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti