Gənc fəal Əli Kərimlini tərk etdi
Ruslan Nəsirli bəyanatında maraqlı bir məqama da toxunub: “Bir məsələni də diqqətinizə çatdırımaq istəyirəm. Kimsə partiyanın Ali Məclisinin sədri Həsən Kərimovu gecə saatlarında sosial şəbəkələrdə aktiv görə bilməz. Lakin bir gecə biz qərargahda qalmağa qərar verdik, gecə 3-4 radələrində qərargah partladıldı, bundan bir neçə dəqiqə sonra isə Həsən bəy “facebook”da “online” göründü. Mən dərhal ona bu barədə məlumat verdim. Əvvəllər buna təsadüf kimi baxırdım, lakin sonralar Həsən bəyin partiya daxilində gənclərə münasibətini görəndən sonra hər şey mənə aydın oldu”.
Əbülfəz Qurbanlı ilə birgə fəaliyyətinin də məhz partiya daxilində əngəlləndiyini deyən Ruslan Nəsirli, Gəncədə inkişaf qrupu yaratdıqlarını və bunun partiya tərəfindən əngəlləndiyini misal gətirib: “28 günə 40-50 üzv toplamışdıq. Planlaşdırmışdıq ki, Gəncəyə gedək, lakin həmin gün Həsən Kərimov bizim Gəncəyə gedib təşkilat şöbəsi qurmağımıza dair şəkillər yaydı. Bu işə əziyyət çəkən bütün gənclər kimi Əbülfəz Qurbanlını da hiddətləndirdi və partiyadan getməyə qərar verdi. Əbülfəz Qurbanlı getdikdən sonra Ruslan Nəsirli olaraq bu partiyada qala bilməyəcəyimə qət etdim. Baxmayaraq ki, iki dəfə həbsdə olmuşam, partiyaya xidmətlərim olub, indiyə qədər Əli Kərimlinin geniş təbliğatını aparmışam. Lakin görürəm ki, bütün bular heç bir əhəmiyyət kəsb etmir. Partiya daxilində avtoritar rejim davam edir, gənclərin qarşısı kəsilir. Hesab edirəm ki, azad düşüncəli, öz gələcək siyasi karyerasını qurmaq istəyən gənclər, o partiyada, Əli Kərimlinin, Fuad Qəhrəmanlının, Həsən Kərimovun yanında olmamalıdılar”.
Bütün bunları əsas gətirən gənc fəal bu gündən etibarən AXCP-də Əli Kərimlinin sədrliyini qəbul etməyərək, yenicə yaranmış və çox böyük ümid bəslədiyi AXCP Etimad Qurultayı Dəstək Komitəsinə üzv olmaq üçün komitənin sədri Razi Nurullayevə müraciət edib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


