881 tələbə `Sabah`-a qəbul olunub
2014/2015-ci tədris ili ilə müqayisədə Mədəniyyət və incəsənət ixtisas qrupunun da əlavə olunması ilə baza ali təhsil müəssisələrinin sayı 7-dən 11-ə, ixtisasların sayı isə 34-dən 45-ə çatdırılıb. Yeni tədris ili üçün yenilənmiş SABAH yataqxanasında 300-dən artıq tələbənin yerləşdirilməsi üçün şərait yaradılıb.
Ötən tədris ilində olduğu kimi yeni tədris ilində də bütün SABAH tələbələri üçün təlimlərin keçirilməsi, yerli və xarici qonaq mühazirəçilərin dəvəti nəzərdə tutulub. Həmçinin ADA Universiteti və Sorbon Abu-Dabi Universitetinin dəstək və əməkdaşlığı ilə SABAH qruplarında tədrisi aparan müəllimlər üçün müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


