881 tələbə `Sabah`-a qəbul olunub

881 tələbə `Sabah`-a qəbul olunub
  11 Sentyabr 2015    Oxunub:2229
Təhsil Nazirliyindən AzVision.az-a ali təhsil sistemində aparıcı və uğurlu layihə olan SABAH qruplarına 2015/2016-cı tədris ili üçün aparılan qəbul nəticəsində tələbə qəbul olunub və bununla SABAH tələbələrinin ümümi sayı 1636 nəfərə çatıb.

2014/2015-ci tədris ili ilə müqayisədə Mədəniyyət və incəsənət ixtisas qrupunun da əlavə olunması ilə baza ali təhsil müəssisələrinin sayı 7-dən 11-ə, ixtisasların sayı isə 34-dən 45-ə çatdırılıb. Yeni tədris ili üçün yenilənmiş SABAH yataqxanasında 300-dən artıq tələbənin yerləşdirilməsi üçün şərait yaradılıb.

Ötən tədris ilində olduğu kimi yeni tədris ilində də bütün SABAH tələbələri üçün təlimlərin keçirilməsi, yerli və xarici qonaq mühazirəçilərin dəvəti nəzərdə tutulub. Həmçinin ADA Universiteti və Sorbon Abu-Dabi Universitetinin dəstək və əməkdaşlığı ilə SABAH qruplarında tədrisi aparan müəllimlər üçün müxtəlif mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.

AzVision.az



Teqlər:  



Xəbər lenti