Sabah çox isti olacaq

Sabah çox isti olacaq
  13 İyun 2013    Oxunub:1115
Cənub küləyi əsəcək.
AzVision.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Rayonlarında hava şəraiti yağmursuz olacaq.Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti