Fərəc Quliyevin keçmiş müavini həbs edildi
Daha sonra hakimlər müşavirə otağına yollanıblar.
Müşavirədən qayıdan məhkəmə heyəti hökmü oxuyub. Məhkəmənin hökmü ilə Fer Adil Yavuz 5 il, Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferin Sumqayıt şəhərində yaşadığı mənzildən 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.
Qeyd edək ki, həbs edilənlərdən Əlirza Amanbəyli 2006-ci ildən 2011-ci ilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri olub, 2011-ci ilin oktyabr ayında Milli Dirçəliş Hərəkatı Partiyasının (sədri deputat Fərəc Quliyevdir) sədr müavini və Güney Azərbaycan departamentinin sədri təyin edilib. Əlirza Amanbəylinin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa mətbuatında Güney Azərbaycan türklərinin milli hüquq və azadlıqları mövzularında müsahibə və məqalələri çap olunub.(report)
Teqlər: