E-siqaretləri tibbi vasitə olacaq

E-siqaretləri tibbi vasitə olacaq
  13 İyun 2013    Oxunub:1044
Böyük Britaniya tərkibində nikotin olan elektron siqaretləri və digər məhsulları tibbdə müalicə vasitəsi kimi istifadə edəcək.
AzVision.az USA Today-ə istinadən məlumat verir ki, Dərman və Səhiyyə Məhsulları üzrə Agentlik batareya ilə işləyən e-siqaretləri tibbi vasitə kimi qəbul etdiyini bildirib. Buna görə də, e-siqaretlərindən istifadə edən insanlar onun orqanizmə zərərli olmadığından əmin olmalıdır.

Britaniyada e-siqaretlərinə və tərkibində nikotin olan digər məhsullara 2016-cı ildə lisenziya verilməyə başlanacaq və manufakturaçılar onları tibb standartlarına uyğun istehsal edəcəklər. Həmin müddətədək insanlara elektron siqaretlərdən istifadə etmək qadağan olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti