YAP-ın gəncləri etiraz aksiyasına başladı

YAP-ın gəncləri etiraz aksiyasına başladı
  11 Sentyabr 2015    Oxunub:2655
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etiraz aksiyasına başlayıb.

AzVision.az-ın məlumatına görə, Gənclər Birliyinin üzvləri Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə və həmin qurumun antiazərbaycan üzvlərinə qarşı bir sıra sosial şəbəkələrdə birbaşa onların ünvanlarına etiraz məktubları göndərməyə başlayıblar.

Məktublarda Azərbaycana qarşı düzgün mövqenin seçilməsi, qısqanclığa son qoyulması, insan hüquqları müdafiəçilərinin Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün hüquqlarını müdafiə etməsi və bu kimi digər çağırışlar öz əksini tapıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  



Xəbər lenti