21 yaşlı gənc intihar etdi

21 yaşlı gənc intihar etdi
  12 Sentyabr 2015    Oxunub:1986
Bakıda intihar hadisəsi baş verib.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Maştağa qəsəbə sakini, 1994-cü il təvəllüdlü Nadir Əlizaman oğlu Həsənov yaşadığı evdə özünü asıb.

21 yaşlı gəncin meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanları əməkdaşlarına mürəciət ediblər. Dərhal əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Bundan əvvəl də oxşar hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş vermişdi. Hövsan qəsəbə sakini 1977-ci il təvəllüdlü Zaur Hüseynağa oğlu Muradov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asmışdı.

Hadisəyə səbəb Zaur Muradovun psixi problemlərinin olması göstərilirdi.

İntihar edən şəxs iki azyaşlı uşaq atası idi.


Teqlər:  



Xəbər lenti