Ordumuz düşməni məhv etməyə hazırlaşır - FOTOLAR

Ordumuz düşməni məhv etməyə hazırlaşır - FOTOLAR
  12 Sentyabr 2015    Oxunub:4393
Sentyabrın 11-də Komanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilib.
İrimiqyaslı təlimlərin ssenarisinə əsasən bir neçəhissədə yerinə yetirilən əsas mərhələdə qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən birləşmə və hərbi hissələr təyin olunmuş hədlər istiqamətində hərəkət, düşmən qüvvələrinə aviasiya zərbələrinin endirilməsi, onun hərəkət edən qüvvə və vasitələrini məhvetmə, əks-hücüm həddinə çıxma və əks-hücum əməliyyatını keçirmə, ikinci eşalonun hücuma yeridilməsi və taktiki hava desantının düşmən dərinliyinə endirilməsi tapşırıqlarını icra ediblər.

Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyəti, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

Təlim poliqonunda motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, döyüş təyyarə və helikopterləri döyüş atışları icra edib, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən şəxsi heyətin peşəkarlığından məmnun qalaraq, tapşırıqların müvəfəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.

AzVision.az

Qalereya




Teqlər:  



Xəbər lenti