Prezidentin Astana səfəri başa çatdı

Prezidentin Astana səfəri başa çatdı
  12 Sentyabr 2015    Oxunub:2218
Sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində iştirak edən dövlət başçılarının şərəfinə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adından rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanada Qazax xanlığının 550 illik yubileyinə həsr olunan teatrlaşdırılmış tamaşaya baxıb.

Tamaşa Astanadakı “Barıs” arenasında nümayiş olundu.

Mədəni tədbirdə Qazax xanlığının yaradılması, onun inkişafı və müxtəlif mərhələləri səhnələşdirilmiş kompozisiya ilə təqdim edildi.

***

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına işgüzar səfəri sentyabrın 11-də başa çatıb.




Teqlər:



Xəbər lenti