Xarici qonaqlar “ASAN Xidmət” mərkəzində

Xarici qonaqlar “ASAN Xidmət” mərkəzində
  13 İyun 2013    Oxunub:1268
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Moran və Cozef Debono Qrex, Türkiyənin baş prokuroru Hasan Erbil və Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanqi 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara “ASAN Xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 25 xidmət göstərildiyi haqqında məlumat verillib. Bildirilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 100 mindən çox insana xidmət göstərib.

Qonaqlar Azərbaycanda belə bir mərkəzlərin yaradılmasını yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Azvision.az


Teqlər:  





Xəbər lenti