Azərbaycanda hər gün neçə uşaq ölür? - Açıqlama

Azərbaycanda hər gün neçə uşaq ölür? - Açıqlama
  12 Sentyabr 2015    Oxunub:2879
Dünya Səhiyyə Təşkilatının (DST) açıqladığı illik məruzədə hər gün dünyada beş yaşa çatmayan 16 min körpənin öldüyü göstərilir.
Cari ildə təqribən 5,9 milyon uşaq beş yaşa çatmadan tələf olub, halbuki 1990-ci ildə həmin göstərici 12,7 milyon nəfər olub.

UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin İctimai Əlaqələr və Media şöbəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan üçün beş yaşadək uşaq ölümünün göstəriciləri 1990-cı ilə müqayisədə xeyli azalıb.

Belə ki, beş yaşadək uşaq ölümü göstəricisi (hər 1000 diri doğulmuş uşağa nəzərən) 1990-cı ildə 95-dən 2015-ci ildə 32-ə enib.

UNİCEF-dən onu da bildiriblər ki, Azərbaycan bu hesabatda beş yaşadək uşaq ölümü üzrə 68-ci yeri tutur.
1990-ci ildən 2015-ci ilədək hər il beş yaşadək uşaq ölümü 4.4% azalıb: ““Uşaqlara Verilən Söz Yeniləndi” adlı 2015-ci ilə dair hesabatdakı rəqəmlər göstərir ki, dünya ölkələrinin 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq öhdəliyini öz üzərilərinə götürdükləri vaxtdan bəri beş yaşadək 48 milyon uşağın həyatı xilas olunub. Bu təqdirəlayiq inkişaf dünya ölkələri liderlərinin davamlı fəaliyyəti – uşaqların həyatlarının xilas olunmasını siyasi prioritetə çevirmələri, onların həyatına dair statistik məlumatların keyfiyyətini və istifadəsini təkmilləşdirmələri və eyni zamanda effektivliliyi sübut olunmuş müdaxilələrin geniş miqyasda tətbiqini dəstəkləmələrinin nəticəsidir”.

Gültəkin Ələsgər



Teqlər:  





Xəbər lenti