AzVision.az xəbər verir ki, hərbi paradın keçiriləcəyi "Azadlıq" meydanının üzərindən Azərbaycanın Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və vertolyotlarının təlim uçuşu keçirilib.
Uçuşlarda HHQ-nə məxsus MİQ-29, Su-25, L-39 təyyarələri, Mi-17, Mi-24G, Mi-35 və Ka-32 vertolyotları iştirak edib. Təyyarə və vertolyotlar bir neçə dəfə nizamlı şəkildə səmada dövr ediblər. Təyyarələr səmada rəngli tüstü ilə Azərbaycan bayrağını çəkiblər.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib. Əvvəlki illərdə olduğu kimi bu ildə paradın keçiriləcəyi "Azadlıq" meydanında hazırlıq işlərinə başlanılıb. Hazırda tribunanın və qonaqların yer alacağı səhnənin qurulması üzərində işlər gedir. Ordumuzun yaranmasının 95 illiyi münasibətilə təşkil olunmuş paradda əvvəlki illərdə olan silah və texnikamız ilə yanaşı, Azərbaycanda əvvəllər nümayiş olunmayan yeni növ silah və texnikalar da nümayiş etdiriləcək. Xatırladaq ki, Bakıda sonuncu hərbi parad 2011-ci il iyunun 26-da - Silahlı Qüvvələr Günü keçirilib.
Anar
Foto: Elnur Muxtar