Bakının əhalisi: ölənlər və boşananlar... - Statistika
Bakı şəhəri üzrə doğulanların sayı da açıqlanıb. 2015-ci ilin birinci yarısında Bakı səhərində 16,3 min nəfərin doğumu və 6,4 min nəfərin ölümü qeydə alınıb.
Komitədən onu da bildiriblər ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə doğum səviyyəsi aşağı enib. Lakin ölüm göstəriciləri olduğu kimi qalıb. Keçən illə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 15,1-dən 14,9-a, təbii artım 9,3-dən 9,1-ə enib, ölənlərin sayı isə dəyişməyib, yəni 5,8 olaraq qalıb.
Paytaxt üzrə nikaha girənləri sayı da ötən illə müqayisədə aşağı düşüb. Boşanmaların sayında isə artım baş verib.
Bakı şəhərində 2015-ci ilin birinci yarısında 9,1 min nikah və 2,1 min
boşanma qeydə alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 8,6-dan 8,3-ə, enib, bosanmaların sayı isə 1,8-dən 1,9-a qalxıb.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


