İlham Əliyev Səudiyyə kralına başsağlığı verdi

İlham Əliyev Səudiyyə kralına başsağlığı verdi
  12 Sentyabr 2015    Oxunub:2159
Azərbaycan Prezidenti İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda Məkkədə baş verən faciə ilə bağlı başsağlığı verib.

AzVision.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

-Əlahəzrət,

Əziz Qardaşım,

Məkkə şəhərindəki Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!




Teqlər:



Xəbər lenti